logo

Ramzan Kadırov yenidən Çeçenistan Respublikasının başçısı seçilib

12:12 20-09-2021 | icon 3066
Ramzan Kadırov yenidən Çeçenistan Respublikasının başçısı seçilib

Rusiya Federasiyası Çeçenistan Respublikasının hazırkı başçısı Ramzan Kadırov seçkilərdə qalib gəlib.

YeniAvropa  Rusiya Seçki Komissiyasına istinadla xəbər verir ki, protokolların 100 faizinin hesablanmasından sonra Ramzan Kadırov səslərin 99,7 faizini toplayaraq yenidən respublika prezidenti seçilib.

Onun seçkilərdə rəqibləri olan İsa Hacımuradov 0,15 faiz, Xalid Nakayev isə 0,12 faiz səs toplayıblar.

Xatırladaq ki, Ramzan Kadırov 2011-ci ildən Çeçenistan Respublikasının prezidentidir. O, sayca üçüncü respublika prezidentidir.