İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında keçirilən Avropa çempionatının nəticələrinə görə, iki təmsilçimiz dünya kuboku yarışlarına vəsiqə qazanıb.
YeniAvropa xəbər verir ki, şahmatçımız Rauf Məmmədov qitə çempionatının yekunlarına görə, 7,5 xalla 6-cı, onunla eyni xalı toplayan Nicat Məmmədov isə əlavə götəricilərə görə 17-ci pillədə qərarlaşıb. Onlar bu nəticə ilə dünya kuboku yarışlarında iştirak etmək hüququ qazanıblar.
Qeyd edək ki, Avropa çempionatında ilk 23 yeri tutan şahmatçılar dünya kuboku yarışlarına vəsiqə əldə ediblər.