logo

Əliyar Ağayev DÇ-2022-nin seçmə oyununa təyinat alıb

15:55 05-09-2021 | icon 3619
Əliyar Ağayev DÇ-2022-nin seçmə oyununa təyinat alıb

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

YeniAvropa xəbər verir ki, 34 yaşlı baş hakim 2022-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya və Kipr milliləri arasında keçiriləcək oyunu idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri, Elçin Məsiyev isə dördüncü hakim qismində yardımçı olacaq.

VAR hakimləri italiyalı Massimiliano İrratti və Stefano Alassio, hakim-inspektor ingiltərəli Stefan Lodc, FIFA nümayəndəsi isə rumıniyalı Oktavian Qoqadır.

Qeyd edək ki, sentyabrın 7-də Slovakiyanın paytaxtı Bratislavadakı Milli Stadionda təşkil olunacaq H qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.