logo

DÇ-2022:İrlandiya - Azərbaycan oyununu fransalı hakimlərə tapşırıldı

13:12 02-09-2021 | icon 2765
DÇ-2022:İrlandiya - Azərbaycan oyununu fransalı hakimlərə tapşırıldı

2022-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsində keçiriləcək İrlandiya - Azərbaycan oyununun hakim təyinatları açıqlanıb.

YeniAvropa xəbər verir ki, qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Jerom Brisara yan xətt hakimləri Benjamen Pejes və Ervan Finjan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Mikael Lezaj yerinə yetirəcək.

VAR sisteminə qadın referi Stefani Frappar nəzarət edəcək.

Qeyd edək ki, sentyabrın 4-də keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.