Sentyabrın 24-də Zaqrebdə cüdo üzrə Qran-Pri turniri start götürəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından bildirilib.
Qeyd edilib ki, yarışda Azərbaycanı 6 cüdoçu təmsil edəcək.
Belə ki, Davud Məmmədsoy, Balabəy Ağayev (hər ikisi 60 kq), İbrahim Əliyev (66 kq), Telman Vəliyev (73 kq), Məmmədəli Mehdiyev (90 kq), İmran Yusifov (100 kq-dan yuxarı) medallar uğrunda mübarizə aparacaqlar.
Turnir sentyabrın 26-dək davam edəcək.