logo

Azərbaycanlı hakim Avropa çempionatının oyununa təyinat alıb

19:49 31-08-2021 | icon 2716
Azərbaycanlı hakim Avropa çempionatının oyununa təyinat alıb

Azərbaycanın FİFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.

 YeniAvropa xəbər verir ki, bu barədə AFFA-dan bildirilib.

Qeyd edilib ki,Rauf Cabbarov yaşadək futbolçulardan ibarət İsveçrə və Cəbəllütarıq yığmaları arasında Avropa çempionatının seçmə mərhələ matçını idarə edəcək.

Ona yan xətt hakimləri Namik Hüseynov və Cavanşir Yusifov köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.

Qeyd edək ki, görüş sentyabrın 3-də gerçəkləşəcək.