logo

Lənkəranda 36 yaşlı qadın ürəyindən bıçaqlanıb

19:59 27-08-2021 | icon 5299
Lənkəranda 36 yaşlı qadın ürəyindən bıçaqlanıb

Lənkəranda bıçaqlanma hadisəsi olub.

 YeniAvropa xəbər verir ki, bu barədə Lənkəran şəhər Polis İdarəsindən bildirilib.

Qeyd edilib ki,hadisə rayonun Liman şəhərində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Aynur Gülağa qızı Mirzəyeva qarın və ürək nahiyəsindən kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralı əməliyyat olunaraq, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin törədilməsində qadının həyat yoldaşı şübhəli bilinir. Cinayətin başvermə səbəbi barədə hələlik məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.