Üzgüçümüz Raman Saleh Tokio Paralimpiadasında qızıl medal qazanıb.
YeniAvropa xəbər verir ki, 100 metr məsafəyə arxasıüstə üzgüçülük yarışlarında çıxış edən idmançımız məsafəni 66 saniyəyə qət edib.
Daha əvvəl paracüdoçumuz Şəhanə Hüseynova (48 kq) da qızıl medala sahib olmuşdu. Azərbaycan komandasının aktivinə digər medalı Pərvin Məmmədov (49 kq) yazdırıb. Pauerliftinqçimiz bürünc medala sahib olub.
Qeyd edək ki, “Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.