Bu gün UEFA Çempionlar Liqasında 2021-2022-ci il mövsümünün qrup mərhələsinin püşkü atılıb.
YeniAvropa xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunan tədbirdə həmçinin “ilin ən yaxşıları” seçilib.
Püşkatmaya əsasən aşağıdakı komandalar eyni qrupda mübarizə aparacaq:
A qrupu: "Mançester Siti" (İngiltərə), “Paris Sen-Jermen” (Fransa), "Leyptsiq" (Almaniya), "Brügge" (Belçika)
B qrupu: "Atletiko" (Madrid, İspaniya), "Liverpul" (İngiltərə), "Portu" (Portuqaliya), "Milan" (İtaliya)
C qrupu: "Sportinq" (Portuqaliya), "Borussiya" (Dortmund, Almaniya), "Ayaks" (Niderland), "Beşiktaş" (Türkiyə)
D qrupu: "İnter" (İtaliya), "Real Madrid" (İspaniya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Şerif" (Moldova)
E qrupu: "Bavariya" (Almaniya), "Barselona" (İspaniya), "Benfika" (Portuqaliya), "Dinamo" (Kiyev, Ukrayna)
F qrupu: "Vilyarreal" (İspaniya), "Mançester Yunayted" (İspaniya), "Atalanta" (İtaliya), "Yanq Boyz" (İsveçrə)
G qrupu: "Lill" (Fransa), "Sevilya" (İspaniya), "Zaltsburq" (Avstriya), "Volfsburq" (Almaniya)
H qrupu: "Çelsi" (İngiltərə), "Yuventus" (İtaliya), "Zenit" (Rusiya), "Malmö" (İsveç)
Qeyd edək ki, UEFA Çempionlar Liqasında ilk turun oyunları sentyabrın 14-15-də keçiriləcək.