logo

Avropa çempionatı:Azərbaycan Fransaya da uduzub qrupda 6-cı oldu

19:20 25-08-2021 | icon 2597
Avropa çempionatı:Azərbaycan Fransaya da uduzub qrupda 6-cı oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında sonuncu oyununu keçirib.

YeniAvropa xəbər verir ki, Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı beşinci sınağında Fransa yığması ilə qarşılaşıb.

Görüş rəqibin 3:1 (25:19, 26:28, 25:11, 25:18) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi A qrupundakı ilk dörd oyununda Belçika, Bosniya və Herseqovina, Rusiya və Serbiya seçmələrinə müvafiq olaraq 0:3 hesabı ilə uduzub. Xalı olmayan yığma qrupu sonuncu - 6-cı pillədə başa vurub.