logo

Xaçmazda qardaşoğlunu bıçaqlayan əmi sonra da özünü güllələdi

13:53 25-08-2021 | icon 4914
Xaçmazda qardaşoğlunu bıçaqlayan əmi sonra da özünü güllələdi

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat verilib.

Xaçmaz rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Rövşən Əsgərbəylinin həmin gün saat 20 radələrində yaşadığı Qaraqurtlu kəndindəki evində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Əliağa Əsgərbəyliyə bıçaqla çoxsaylı xəsarətlər yetirməsinə, sonra da tüfənglə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.