logo

"Qarabağ”  cavab oyunu üçün Şotlandiyaya yollandı

19:30 24-08-2021 | icon 2688
"Qarabağ”  cavab oyunu üçün Şotlandiyaya yollandı

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Aberdin” komandasının qonağı olacaq “Qarabağ” futbol klubu avqustun 24-də Şotlandiyaya yollanıb.

YeniAvropa klubun saytına istinadla xəbər verir ki, baş məşqçi Qurban Qurbanov avqustun 25-də Bakı vaxtı ilə 21:40-da mətbuat konfransında iştirak edəcək. Son məşq isə Bakı vaxtı ilə 22:00-da matçın oynanılacağı “Pittodri” stadionunda olacaq.

“Aberdin” – “Qarabağ” matçı avqustun 26-da “Pittodri” stadionunda Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək.

Görüşü Avstriyadan olan hakimlər idarə edəcək. Harald Lexner matçın baş hakimi olacaq. Andreas Haydenrayx və Maksimilian Kolbitç isə köməkçi hakimlərdir. Dördüncü hakim funksiyasını Yulian Veynberger yerinə yetirəcək.

Xatırladaq ki, UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 19-da Bakıda  “Qarabağ”la “Aberdin” arasında keçirilən ilk oyunda  Ağdam təmsilçisi qələbə qazanıb. Matçda yeganə qolun müəllifi yarımmüdafiəçi Xayme Romero olub.