Tokio XVI Yay Paralimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilir
Avqustun 24-də Tokiodakı Milli Olimpiya Stadionunda XVI Yay Paralimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilir.
YeniAvropa xəbər verir ki, XVI Yay Paralimpiya Oyunlarında 160 milli komandadan, o cümlədən qaçqınlar yığmasından təqribən 4400 idmançı mübarizə aparacaq. Butan, Qrenada, Maldiv, Paraqvay, Sent-Vinsent və Qrenadin komandaları Oyunlarda ilk dəfə iştirak edir.
Açılış mərasimində əvvəlcə Yaponiyanın dövlət bayrağı tanınmış yerli paralimpiyaçılar tərəfindən meydana gətirilib. Özünümüdafiə qüvvələrinin qoşun növlərinin nümayəndələri dövlət himninin müşayiəti ilə dövlət bayrağını qaldırıblar.
Meydanda rəngarəng detalları və müasir texnologiyaları əks etdirən kompozisiya çoxsaylı iştirakçılar tərəfindən təqdim olunub. İlkin kompozisiya atəşfəşanlıqla baş çatıb. Tokionun Paralimpiya Oyunlarına hazırlığını, paralimpiyaçıların müxtəlif idman növləri üzrə yarışlarda iştirakını əks etdirən videoçarx nümayiş olunub.
Sonra yığma komandaların təntənəli keçidi başlayıb. İlk olaraq qaçqın atletlər komandası arenaya daxil olub.
Açılış mərasimində Azərbaycanın Paralimpiya yığmasının keçidi zamanı bayrağımızı Pekində keçirilmiş Paralimpiya Oyunlarının qalibi Oloxan Musayev aparıb. Ölkəmizin heyəti parada yaxalarında 44 günlük Vətən müharibəsinin simvoluna çevrilmiş xarıbülbül nişanı ilə çıxıb.
XVI Paralimpiadanın proqramında idmanın 22 növü yer alıb. Proqrama parabadminton və parataekvondo ilk dəfə salınıb. İdmançılar ümumilikdə 539 dəst medal uğrunda mübarizə aparacaqlar.
Azərbaycan XVI Yay Paralimpiya Oyunlarında 35 idmançı ilə təmsil olunur. “Rio-2016”nın qızıl mükafatçısı Ramil Qasımov koronavirusa yoluxduğuna görə yarışlardan kənarlaşdırılaraq karantinə alınıb. Paralimpiyaçılarımız “Tokio-2020”yə idmanın 6 növü üzrə 47 lisenziya qazanıblar. Atletlərimizin 23-ü kişi, 12-si qadındır.
İdmançılarımız cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma yarışlarında mübarizə aparacaqlar. Yarışlara komandamızdan ilk olaraq avqustun 26-da pauerliftinq üzrə milli komandanın üzvü Pərvin Məmmədov qoşulacaq.
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır