logo

Karateçimiz Əminağa Quliyev ikiqat Avropa çempionu oldu

19:22 22-08-2021 | icon 2828
Karateçimiz Əminağa Quliyev ikiqat Avropa çempionu oldu

Finlandiyanın Tampere şəhərində keçirilən yeniyetmə və gənclər arasında karate üzrə Avropa çempionatı başa çatıb.

 YeniAvropa xəbər verir ki, çempionatın sonuncu günündə - avqustun 22-də 18-21 yaşadək gənclərin kumite yarışında Əminağa Quliyev (60 kq) bütün rəqiblərinə qalib gələrək ikiqat Avropa çempionu adını qazanıb.

Hüseyn Məmmədli (67 kq) və Mədinə Sadiqova (55 kq) isə bürünc medala sahib olublar.

Qitə çempionatında kumite üzrə 14-15 yaşlı yeniyetmələrin mübarizəsində Nihad Kərimzadə (+70 kiloqram) və Rəşid Süleymanov (63 kiloqram) qızıl, Rumil Cəfərli (76 kiloqram) gümüş medal qazanıblar. Komandamızın digər üzvü Aysu Əliyeva (47 kiloqram) isə bürünc medala sahib olub.

Beləliklə, Avropa çempionatına 24 karateçi ilə qatılan komandamız 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.

Çempionatda 45 ölkədən 1008 idmançı iştirak edib.