Bu gün “Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının ilkin mərhələsində ikinci görüşünü keçirib.
YeniAvropa xəbər verir ki, Azərbaycan çempionu Latviyanın Salaspils şəhərində keçirilən oyunda Finlandiyanın “Kampuksen Dinamo" komandası ilə üz-üzə gəlib. Görüş 4:4 hesablı heç-heçə ilə yekunlaşıb.
Azərbaycan təmsilçisinin heyətində qolları Xətai Bağırov, Emanuel Rodrigues, Pereyra Qonçalves Dos Santos və Amir Şojaei vurublar.
Komandamız ilk oyununda Cəbəllütariqin "Europa" kollektivini 9:2 hesabı ilə məğlub edib.
Naxçıvan təmsilçisi qrupda sonuncu oyununu avqustun 24-də “Raba” (Latviya) klubuna qarşı keçirəcək.
Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.