Qadın güləşçimiz Birgül Soltanova Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.
YeniAvropa xəbər verir ki, yarışa dörddəbir finaldan qoşulan Birgül Soltanova (62 kq) Qırğızıstan güləşçisi ilə gərgin keçən görüşdən qalib ayrılaraq adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Hindistan təmsilçisi ilə qarşılaşan güləşçimiz 5:0 hesabı ilə öndə olsa da, yekunda üstünlüyü əldən verib və ümidini bürünc medala bağlayıb. Avqustun 20-də Almaniya güləşçisi ilə üçüncü yer uğrunda görüşə çıxan B.Soltanova rəqibini “tuşe” ilə üstələyərək dünya üçüncüsü olub.
Qeyd edək ki, ötən gün qadın güləşçimiz Jalə Əliyeva (59 kq) da dünya birinciliyində bürünc medala sahib olub. Sərbəst güləşçilərimizdən Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) dünya çempionatında gümüş, Turan Bayramov (74 kq) və Saqadulla Ağayev (86 kq) isə bürünc medal qazanıblar.