UEFA Konfrans Liqası:“Neftçi”-“Makkabi” cütünün qalibi İsraildə bəlli olacaq
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində avqustun 19-da Bakının "Neftçi" klubu "Makkabi Hayfa" (İsrail) komandasını qəbul edib.
YeniAvropa xəbər verir ki, “Bakcell Arena”da keçirilən matçı Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edib.
"Neftçi"nin start heyətində Aqil Məmmədov, Mamadu Mboc, Voislav Stankoviç, Emin Mahmudov, Harramiz Soareş, Romen Bask, Mert Çelik, İsmayıl Zülfüqarlı, Yusuf Laval, Sabir Buqrin və Mamadu Kane yer alıblar.
İsrail təmsilçisinin heyətində isə meydana Coşua Koen, Əli Məhəmməd, Boqdan Planiç, Omer Atsili, Tyaronn Çeri, Sun Menahem, Xose Rodriges, Məhəmməd Abu-Fani, Din David, Ori Daan və Yosef-Raz Meyr çıxıblar.
Matçın birinci hissəsi İsrail təmsilçisinin minimal üstünlüyü ilə yekunlaşıb - 1:0. "Makkabi"nin heyətində oyunun 9-cu dəqiqəsində Omer Atsili fərqlənib.
İkinci hissəyə daha fəal başlayan "Neftçi" komandası matçın 50-ci dəqiqəsində istəyinə nail olub. Belə ki, Yusuf Laval baxımlı qola imza atıb. On altı dəqiqə sonra Y.Laval dubl edərək komandasını hesabda önə çıxarıb. Matçın 72-ci dəqiqəsində "Neftçi"nin kapitanı Emin Mahmudov hesab arasındakı fərqi artırıb. Bakı təmsilçisinin heyətində İsmayıl Zülfüqarlı 76-cı dəqiqədə ikinci sarı vərəqəni görərək, meydandan qovulub və "Neftçi" azlıqda qalıb. Oyunun 78-ci dəqiqəsində "Makkabi"nin futbolçusu Tyaronn Çeri Bakı klubunun qapısına yol tapmağı bacarıb. Qarşılaşmada sonuncu qol matçın 96-cı dəqiqəsinə təsadüf edib. Bu dəfə T.Çeri dubl ilə yadda qalıb. Beləliklə, "Neftçi"-"Makkabi" matçı 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
Komandalar arasında cavab oyunu 1 həftə sonra İsraildə təşkil olunacaq.
Mübarizəyə UEFA Çempionlar Liqasından start verən Bakı təmsilçisi "Dinamo"dan (Tbilisi) üstün olsa da, növbəti mərhələdə Yunanıstanın "Olimpiakos" komandası ilə bacarmayıb. UEFA Avropa Liqasına düşən komanda iki matçın nəticəsinə görə, Finlandiyanın HİK komandasına məğlub olub və UEFA Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ qazanıb.
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır