UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçirilən “Qarabağ” və Şotlandiyanın “Aberdin” komandaları arasında ilk oyun başa çatıb.
YeniAvropa xəbər verir ki, Ağdam təmsilçisi doğma meydanda qələbə qazanıb. Matçda yeganə qolun müəllifi yarımmüdafiəçi Xayme Romero olub.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçı Sloveniyadan olan hakimlər briqadası idarə edib.