UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi”–“Makkabi Hayfa” (İsrail) oyunu başlayıb.
YeniAvropa xəbər verir ki, “Bakcell Arena”da start götürən matça Şimali Makedoniyadan olan hakimlər təyinat alıblar. Baş hakim Aleksandar Stavrevdir. Ona Deyan Kostadinov və Qoçe Petreski kömək edirlər. Dördüncü hakim funksiyasını Deyan Yakimovski yerinə yetirir.
Qarşılaşmanın UEFA nümayəndəsi Tarqo Kaldoya (Estoniya), hakim-inspektor isə Rusmir Mrkoviçdir (Bosniya və Herseqovina).
"Neftçi"nin start heyətində Aqil Məmmədov, Mamadu Mboc, Voislav Stankoviç, Emin Mahmudov, Harramiz Soareş, Romen Bask, Mert Çelik, İsmayıl Zülfüqarlı, Yusuf Laval, Sabir Buqrin və Mamadu Kane yer alıblar.
İsrail təmsilçisinin heyətində isə meydana Coşua Koen, Əli Məhəmməd, Boqdan Planiç, Omer Atsili, Tyaronn Çeri, Sun Menahem, Xose Rodriges, Məhəmməd Abu-Fani, Din David, Ori Daan və Yosef-Raz Meyr çıxıblar.
Mübarizəyə UEFA Çempionlar Liqasından start verən Bakı təmsilçisi “Dinamo”dan (Tbilisi) üstün olsa da, növbəti mərhələdə Yunanıstanın “Olimpiakos” komandası ilə bacarmayıb. UEFA Avropa Liqasına düşən komanda iki matçın nəticəsinə görə, Finlandiyanın HİK komandasına məğlub olub və UEFA Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ qazanıb.