"Formula 1" Yaponiya Qran-Prisi ləğv olunub.
YeniAvropa xəbər verir ki, bu barədə "Formula 1"in rəsmi saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd edilib ki, pandemiya səbəbindən Yaponiya hökuməti bu mövsüm yarışı ləğv etmək qərarına gəlib.
"Formula 1" təqvimin yeni versiyası üzərində işləyir və detallar yaxın həftələrdə açıqlanacaq.