logo

Riqada keçiriləcək Avropa çempionatında Azərbycanı 14 cüdoçu təmsil edəcək

13:55 16-08-2021 | icon 2877
Riqada keçiriləcək Avropa çempionatında Azərbycanı 14 cüdoçu təmsil edəcək

Latviyanın paytaxtı Riqada avqustun 17-də Azərbaycan cüdoçularının da qatılacağı yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyi start götürəcək.

YeniAvropa xəbər verir ki, qitə birinciliyində Azərbaycanı 14 cüdoçu təmsil edəcək. Belə ki, oğlanlar arasında Xəyal Həsənov, Babarəhim Mirzəyev (50 kq), İslam Rəhimov (55 kq), Zahir Ağazadə, Aydın Rzayev (60 kq), Qədir Hüseynov (66 kq), Məmmədrza Hacızadə, Toğrul İbrahimov (73 kq), İsmayıl Zamanov (81 kq) və Əlirza Şıxəlizadə (90 kq) medallar uğrunda mübarizə aparacaqlar. Qızların yarışında isə Leyla Dəmirova, Fəridə Mirzəyev (44 kq), Könül Əliyeva və Aydan Vəliyeva (48 kq) iştirak edəcəklər.

Avqustun 19-dək davam edəcək turnirə 37 ölkədən cüdoçular qatılacaqlar.