Avqustun 15-də futbol üzrə Azərbaycan Premyer Liqasının birinci turuna iki oyunla yekun vurulacaq.
YeniAvropa xəbər verir ki, günün ilk matçında “Zirə” komandası “Qarabağ”ı qəbul edəcək. Saat 18:00-da Zirə Olimpiya İdman Kompleksinin stadionunda start götürəcək oyunu baş hakim Rauf Cabarov idarə edəcək.
Tura "Neftçi"-"Qəbələ" matçı ilə yekun vurulacaq. "Bakcell Arena"da saat 20:00-da başlayacaq qarşılaşma baş hakim Elçin Məsiyevə tapşırılıb.
Qeyd edək ki, turun ilk oyun günündə "Səbail" klubu "Sabah"ı 1:0, "Sumqayıt" isə "Keşlə"ni 2:0 hesabı ilə məğlub edib.