Rusiya 2036-cı ildə Yay Olimpiya Oyunlarını təşkil etmək imkanlarını nəzərdən keçirir.
YeniAvropa xəbər verir ki, bu barədə "TASS" informasiya agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Rusiyanın bir neçə şəhəri artıq ərizələrini təqdim edib.
Qeyd edək ki, “Olimpiada-2024”ün Parisdə, “Olimpiada-2028”in isə Los-Ancelesdə keçirilməsi planlaşdırılır. Bu ilin iyun ayında Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi 2032-ci il Yay Olimpiya Oyunlarının Avstraliyanın Brisben şəhərində keçirilməsini təklif edib.