Tokio Paralimpiadasında Azərbaycanı 36 atlet təmsil edəcək
Avqustun 24-də Yaponiyanın paytaxtı Tokioda XVI Yay Paralimpiya Oyunları start götürəcək. Sentyabrın 5-dək davam edəcək bu mötəbər yarış Azərbaycan Paralimpiya Hərəkatı üçün sayca yeddinci Paralimpiada olacaq.
YeniAvropa Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadla xəbər verir ki, əvvəlki Paralimpiya Oyunlarında idmançılarımız ümumilikdə 38 medal, o cümlədən 9 qızıl, 18 gümüş, 11 bürünc qazanıblar. “Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
“Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının atletika yarışlarına Azərbaycanın 12 idmançısı (9 kişi və 3 qadın) mübarizə aparacaq. Kişi idmançılardan Samir Nəbiyev, Elvin Astanov (nüvəitələmə), Oloxan Musayev (nüvə itələmə və disk atma), Səid Nəcəfzadə, Kamil Əliyev, Orxan Aslanov (uzunluğa tullanma), Həmid Heydəri, Orxan Qasımov (nizə atma), Elmir Cəbrayılov (qaçış, 100m, 400m), qadın atletlərdən isə Yelena Çebuna (qaçış, 100m), Yuliya Yanovskaya və Lamiyə Vəliyeva (qaçış 100m, 400m) Paralimpiadada mübarizə aparacaqlar.
Cüdo yarışlarında qadınların mübarizəsində Şəhanə Hacıyeva (48 kq), Bəsti Səfərova (52 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Dürsədəf Kərimova (+70 kq) birincilik uğrunda tatami üzərinə çıxacaqlar. Kişilərin yarışında ölkəmizi Vüqar Şirinli (60 kq), Namiq Abaslı (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyev (+100 kq) təmsil edəcəklər.
Parataekvondo yarışlarında 4 idmançımız mübarizə aparacaq. Qadınların yarışında Röyalə Fətəliyeva (49 kq), Aynur Məmmədova (+58 kq), kişilərin mübarizəsində isə İmaməddin Xəlilov (61 kq) və Əbülfəz Abuzərli (75 kq) dayanq üzərinə çıxacaqlar.
Üzgüçülük yarışlarında 2 kişi və 1 qadın təmsilçimiz gücünü sınayacaq. Raman Saleh 50 və 100 metr məsafələrə sərbəst, batterflay və arxası üstə üzgüçülük yarışlarına qatılacaq. Vəli İsrafilov isə 100 metr məsafəyə batterflay və brass üsulu ilə üzgüçülük yarışlarında iştirak edəcək. Qadın təmsilçimiz Dana Şandibina 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışlarında medal qazanmağa çalışacaq.
Pərvin Məmmədov (49 kq), Nurlan Babacanov (97 kq), Elşən Hüseynov (107 kq) və Şamo Aslanov (+107 kq) pauerliftinq yarışlarında ölkəmizi təmsil edəcəklər.
Güllə atıcılığı yarışlarında 2 idmançımız mübarizə aparacaq. Yelena Taranova 10, 25, 50, Kamran Zeynalov isə 10 və 50 metr məsafəyə atəşaçma yarışlarında gücünü sınayacaq.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb