2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilinə təxminən 7,1 milyard avro (təqribən 8,3 milyard ABŞ dolları)xərclənəcək.
"Report" "BFM Business"ə istinadən xəbər verir ki, bu məbləğ köhnə idman obyektlərinin yaxşılaşdırılması və yenilərin tikintisi üçün istifadə ediləcək.
Səlahiyyətli nümayəndələr 2016-cı ildə olimpiadanın 6,5 milyard avroya başa gələcəyinə dair plan təqdim edib. Müşahidəçilər bu rəqəmin arta biləcəyini istisna etmir.
Xərclərin müəyyən hissəsi özəl investisiyalar hesabına qarşılanacaq. Bunun 1,2 milyardı Beynəlxalq Olimpiya Komitəsi tərəfindən ödəniləcək.
Paris Yay Olimpiya Oyunları 2024-cü ilin 26 iyul - 11 avqustunda olacaq.
Xatırladaq ki, rəsmi açıqlamaya görə, ötən gün başa çatan "Tokio-2020" Yay Olimpiya Oyunlarına Yaponiya hökuməti tərəfindən 15,4 milyard ABŞ dolları(təqribən 13 milyard avro) xərclənib.