FIFA referisi Əliyar Ağayev UEFA Avropa Konfrans Liqasının oyununa təyinat alıb.
YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, UEFA Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Fola” (Lüksemburq) – “Linfild” (Şimali İrlandiya) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Matç avqustun 12-də Lüksemburq şəhərindəki “Josiy Barthel” stadionunda keçiriləcək.