logo

"Tokio-2020" Olimpiadası başa çatdı: ABŞ 1-ci, Azərbaycan isə 67-ci oldu

12:20 08-08-2021 | icon 3262
"Tokio-2020" Olimpiadası başa çatdı: ABŞ 1-ci, Azərbaycan isə 67-ci oldu

"Tokio-2020" Yay Olimpiya Oyunlarında yarış proqramına yekun vurulub.

YeniAvropa xəbər verir ki, Olimpiadanın sonuncu gündə idmanın 8 növü üzrə mübarizə davam edib.

Daha 13 dəst medal atletika, basketbol, boks, velosiped idmanı, həndbol, bədii gimnastika voleybol və su polosunda sahiblərini tapıb. Beləliklə, 339 dəst medala 93 ölkənin idmançıları yiyələnib.

Yay Olimpiya Oyunlarında qazanılan medalların yekun sıralamasında ABŞ yığması 113 medalla (39 qızıl, 41 gümüş, 33 bürünc) birinci olub. 38 qızıl, 32 gümüş və 18 bürünc medal əldə edən Çin Olimpiadanı 2-ci pillədə başa vurub. Medalların  əyarına görə 3-cü yeri 27 -qızıl, 14-gümüş, 17- bürünc Yaponiya(58 medal), medal sayında isə Rusiya Olimpiya Komitəsi (70 medal) tutub.

Olimpiadada 3 gümüş və və 4 bürünc medal qazanan Azərbaycan yarışı 67-ci sırada tamamlayıb.