Avqustun 7-də “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının final görüşü keçirilib.
YeniAvropa xəbər verir ki, Olimpiadanın finalında Braziliya və İspaniya komandaları üz-üzə gəliblər. Görüşdə 2:1 hesabı ilə qalib gələn Braziliya yığması ardıcıl iki dəfə Olimpiya çempionu olub.
Üçüncü yer uğrunda ötən gün oynanılan görüşdə Meksika ev sahibi Yaponiyanı 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Qadınların yarışında isə Kanada seçməsi çempion adını qazanıb. Gümüş medallara İsveç, bürünc medallara isə ABŞ seçməsi sahib olub.
Xatırladaq ki, “Rio-2016”da kişilərin futbol yarışında Braziliya, qadınların mübarizəsində Almaniya yığmaları çempion adını qazanıblar.