“Tokio-2020”:İrina Zaretska yarımfinala yüksəlib ən azı bürünc medalını təmin etdi
Azərbaycan karateçisi İrina Zaretska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib.
YeniAvropa xəbər verir ki, 61 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız A qrupunda sonuncu görüşünü keçirib. Türkiyə təmsilçisi Məltəm Hocaoğlu ilə qarşılaşan İ.Zaretska rəqibini 4:0 hesabı ilə məğlub edib. Beləliklə, qrupda keçirdiyi görüşün 3-də qələbə qazanan və 1 qarşılaşmada uduzan İ.Zaretska 6 xalla qrup birincisi kimi yarımfinala adlayıb. Bununla da o, ən azı bürünc medalı təmin edib.
Bu qrupdan ikinci yerin sahibi kimi yarımfinala 5 xalla qazaxıstanlı Sofiya Berultseva yüksəlib.
Təmsilçimiz ilk döyüşündə Yaponiya idmançısı Ayumi Uekusaya 4:1 hesabı ilə qalib gəlib. Növbəti görüşündə italiyalı Silvia Semerarodan üstün olub - 3:2. Üçüncü görüşdə idmançımız qazaxıstanlı Sofiya Berultsevaya 4:5 hesabı ilə uduzub.