logo

Bədii gimnastlarımız Tokio Olimpiadasının finalına düşə bilmədilər

09:05 07-08-2021 | icon 2912
Bədii gimnastlarımız Tokio Olimpiadasının finalına düşə bilmədilər

Bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandamız Tokio Olimpiadasının finalına yüksələ bilməyib.

 YeniAvropa xəbər verir ki, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət komandamızın ikinci proqramı – 3 halqa və 2 cüt gürzlə çıxışı 37,650 xalla qiymətləndirilib. Gimnastlarımız 5 topla çıxışı görə, hakimlərdən 36,700 xal alıblar. İki çıxışın nəticəsində 74,350 xal toplayan komandamız çoxnövçülükdə 10-cu olub.

İlk səkkiz pillədə qərarlaşan - Bolqarıstan, Rusiya Olimpiya Komitəsinin kollektivi, İtaliya, İsrail, Çin, Ukrayna, Yaponiya və Belarus komandaları finala vəsiqə qazanıblar.

Həlledici mərhələ avqustun 8-də təşkil olunacaq.