Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio Olimpiadasında təsəlliverici görüşdə iştirak edəcək.
YeniAvropa xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində çıxış edən idmançımızı səkkizdəbir finalda məğlub edən Rusiya Olimpiya Komitəsinin təmsilçisi Abdulrəşid Sadullayev finala yüksəlib. Bu, Ş.Şərifovun avqustun 7-də təsəlliverici görüşə çıxmasına şərait yaradıb.
“London-2012”nin qalibi təsəlliverici görüşdə Elizbar Odikadze (Gürcüstan) ilə qarşılaşacaq. Güləşçimiz qalib gəlsə, bürünc medal uğrunda görüşdə kubalı Reineris Salas Perezə rəqib olacaq.