Azərbaycan karateçisi Rəfael Ağayev (75 kq) Tokio Olimpiadasının qrup mərhələsində sonuncu görüşünü keçirib.
YeniAvropa xəbər verir ki, B qrupunda mübarizə aparan R.Ağayev italiyalı Luici Busa ilə qarşılaşıb və rəqibinə 1:3 hesabı ilə məğlub olub.
Keçirdiyi ilk üç döyüşdə qələbə qazanan R.Ağayev yarımfinala vəsiqəni təmin edib.
Təmsilçimiz yarımfinalda macarıstanlı Qabor Karoli Harspataki ilə görüşəcək.
Qeyd edək ki, ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, özünə bürünc medalı da təmin etmiş olur.