logo

Ağsu rayonundakı yanğının söndürülməsi davam edir

13:53 06-08-2021 | icon 4116
Ağsu rayonundakı yanğının söndürülməsi davam edir

Ağsu rayonunun Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınsöndürmə əməliyyatlarına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər cəlb olunub.