logo

Tokio-2020: Zöhrə Ağamirova finala yüksələ bilməyib

12:48 06-08-2021 | icon 2548
Tokio-2020: Zöhrə Ağamirova finala yüksələ bilməyib

 "Tokio-2020" Yay Olimpiya Oyunlarında çıxış edən Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova finala vəsiqə qazana bilməyib.

YeniAvropa xəbər verir ki,  4 hərəkətin cəmində 87,800 xal toplayan 20 yaşlı gimnastımız  ilk  onluğa düşə bilməyib.

Belə ki, 20 yaşlı idmançı topla hərəkətlərdə  hakimlərdən 23,400 xal, halqa ilə çıxışında 23.000 xal , gürzlə hərəkətlərdə  21.500 xal, lentlə hərəkətlərdə isə 19.900 xal alıb.

Təsnifat mərhələsində ilk 10 yeri tutan gimnast finala yüksəlib.zərbaycan bədii gimnastı Zöhrə Ağamirova isə hələlik 15-ci nəticəni göstərib. Yarışlar davam etdiyindən onun nəticəsinin turnir cədvəlində daha da aşağı düşəcəyi gözlənilir.