logo

Kiprdə "Qarabağ"ın oyununda Qurban Qurbanova türkcə söyüblər?

12:11 06-08-2021 | icon 2513
Kiprdə "Qarabağ"ın oyununda Qurban Qurbanova türkcə söyüblər?

"Təxribat törədənin kimliyi və milliyyəti bilinmir".

 YeniAvropa xəbər verir ki, bu barədə "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ötən gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Kiprdə "AEL"lə 1:1 hesablı heç-heçə etdikləri oyunda yaşananlar haqda danışarkən deyib.

O bildirib ki, tribunadakı azarkeş baş məşqçi Qurban Qurbanova türk dilində söyüş söyüb: "Daha sonra onların futbolçuları, məşqçiləri, hətta rəqib komandanın mətbuat xidmətinin rəhbəri Qurban Qurbanova əl atdı. Hakimlərin və UEFA nümayəndəsinin qərarı ilə komandalar paltardəyişmə otağına yollandılar. Ardınca biz oynamağa davam etmək istədiyimizi bildirdik".

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu avqustun 12-də Bakıda olacaq.