logo

Mariya Stadnik Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib

09:30 06-08-2021 | icon 2331
Mariya Stadnik Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib.

YeniAvropa xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız dörddəbir final mərhələsində Tunis təmsilçisi Sarra Hamdini məğlub edib - 10:0.

Təmsilçimiz startda rusiyalı güləşçi Stalvira Orşuşdan üstün olub.

Xatırladaq ki, ölkəmizin aktivinə Tokio Olimpiadasında üç bürünc medalı qadın cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar.