Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov "Tokio-2020"yə uğursuz start verib.
YeniAvropa xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində çıxış edən idmançı səkkizdəbir final mərhələsində Rusiya Olimpiya Komitəsinin təmsilçisi Abdulrəşid Sadullayevlə üz-üzə gəlib.
Olimpiya çempionumuz rəqibinə 0:5 hesabı ilə uduzub.
A.Sadullayev finala yüksəlsə, Azərbaycan güləşçisi təsəlliverici görüşə qatılacaq.