logo

"Tokio-2020": Son üç güləşçimizin rəqibləri müəyyənləşib

12:30 05-08-2021 | icon 2380
"Tokio-2020": Son üç güləşçimizin rəqibləri müəyyənləşib

"Tokio-2020" Yay Olimpiya Oyunlarında  güləş yarışları davam edir.

YeniAvropa xəbər verir ki, iyulun 6-da sərbəst güləşdə 65 və 97, qadın güləşində isə 50 kiloqram çəki dərəcəsində mübarizəyə start veriləcək.

Avqustun 5-də həmin çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib və milli üzvlərinin ilk rəqibləri müəyyənləşib.

Hacı Əliyev (65 kq) səkkizdəbir final mərhələsində seneqallı Adama Diatte ilə qarşılaşacaq.

Şərif Şərifov (97 kq) ilk görüşdə əsas favoritlərdən biri olan Abdulrəşid Sadullayevlə (Rusiya) mübarizə aparacaq.

Mariya Stadnik (50 kq) isə startda rusiyalı Stalvira Orşuşla qüvvəsini sınayacaq.

Qeyd edək ki, bu çəki dərəcələrində mübarizəyə Bakı vaxtı ilə saat 06:30-da start veriləcək.

Xatırladaq ki, Azərbaycan "Tokio-2020" Yay Olimpiya Oyunlarında 44 idmançı ilə təmsil olunur. Onlardan 33-ü artıq mübarizəni dayandırıb. İdmançılarımızdan  yalnız üçü Azərbaycan komandasının hesabına medal yazdıra bilib. 

Medal qazananlar

Cüdo: İrina Kindzerska (+78 kq) (bürünc)

Boks: Alfonso Dominges (81 kq) (bürünc)

yunan-Roma güləşi: Rafiq Hüseynov (77 kq) (bürünc)

Medal qazana bilməyənlər

Cüdo: Aişə Qurbanlı (48 kq), Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) 

Boks: Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)

Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)

İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova

Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah

Güllə atıcılığı: Emin Cəfərov

Triatlon: Rostislav Pevtsov

Qılıncoynatma: Anna Başta

Badminton: Edi Reski Dviçayo

Velosiped idmanı: Elçin Əsədov

Çəkicatma: Anna Skidan

Güllə atma : Ruslan Lunyov

yunan-Roma güləşi: İslam Abbasov (87 kq)

qadın güləşi:  Elis Manolova (68 kq) 

 üç təkanla tullanma: Nazim Babayev

sərbəst güləşçisi: Turan Bayramov (74 kq)

karate:  Firdovsi Fərzəliyev (67 kq)