logo

Tokio-2020: Azərbaycanın 44 idmançısından 33-ü mübarizəni dayandırıb-3 bürünc medalımız var

11:05 05-08-2021 | icon 7553
Tokio-2020: Azərbaycanın 44 idmançısından 33-ü mübarizəni dayandırıb-3 bürünc medalımız var

"Tokio-2020" Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın daha 2 idmançısı mübarizəyə qoşulub.

 YeniAvropa xəbər verir ki, onlardan hər ikisi yarışları medalsız başa vurub.

74 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov lk görüşdə Ukrayna təmsilçisi Vasil Mixaylovdan üstün olub. O, dörddəbir final mərhələsində Frank Çamizoya (İtaliya) məğlub olaraq mübarizəni dayandırıb.

67 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan karateçisi Firdovsi Fərzəliyev ilk görüşünü Eray Şamdana (Türkiyə) qarşı keçirib və 1:7 hesabı ilə məğlub olub. Növbəti döyüşündə təmsilçimiz Yaponiya idmançısı Naoto Saqonu 1:0 hesabı ilə üstələyib. Darxan Assadılov (Qazaxıstan) ilə qarşılaşmada təmsilçimiz 2:6 hesabı ilə məğlub olub. A qrupunda sonuncu döyüşdə misirli Əli Elsavi ilə qarşılşan karateçimiz 0:1 hesabı ilə məğlub olaraq yarımfinala vəsiqə qazanmaqla bürünc medala sahib olmaq şansını əldən verib.

Beləliklə, olimpiadada mübarizəni dayandıran Azərbaycan idmançılarının sayı 33-ə çatıb. Onlardan yalnız üçü Azərbaycan komandasının hesabına medal yazdıra bilib. 

Medal qazananlar

Cüdo: İrina Kindzerska (+78 kq) (bürünc)

Boks: Alfonso Dominges (81 kq) (bürünc)

yunan-Roma güləşi: Rafiq Hüseynov (77 kq) (bürünc)

Medal qazana bilməyənlər

Cüdo: Aişə Qurbanlı (48 kq), Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) 

Boks: Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)

Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)

İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova

Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah

Güllə atıcılığı: Emin Cəfərov

Triatlon: Rostislav Pevtsov

Qılıncoynatma: Anna Başta

Badminton: Edi Reski Dviçayo

Velosiped idmanı: Elçin Əsədov

Çəkicatma: Anna Skidan

Güllə atma : Ruslan Lunyov

yunan-Roma güləşi: İslam Abbasov (87 kq)

qadın güləşi:  Elis Manolova (68 kq) 

 üç təkanla tullanma: Nazim Babayev

sərbəst güləşçisi: Turan Bayramov (74 kq)

karate:  Firdovsi Fərzəliyev (67 kq) 

Xatırladaq ki, Azərbaycan "Tokio-2020" Yay Olimpiya Oyunlarında 44 idmançı ilə təmsil olunur.

Avqustun 8-dək davam edəcək yarışlarda daha 11 idmançımız yarışacaq.