logo

“Tokio-2020”:Çin medal qazanan ölkələr siyahısına liderliyini qoruyur

19:49 03-08-2021 | icon 2457
“Tokio-2020”:Çin medal qazanan ölkələr siyahısına liderliyini qoruyur

Avqustun 3-dək - “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının 12-ci gününədək 84 ölkənin idmançıları medal qazanıblar.

YeniAvropa xəbər verir ki, medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 32 qızıl, 21 gümüş və 16 bürünc medal qazanıblar. İkinci pillədə 24 qızıl, 27 gümüş və 21 bürünc medalla ABŞ təmsilçiləri, üçüncü yerdə isə 19 qızıl, 6 gümüş və 11 bürünc medalla Yaponiya atletləri qərarlaşıblar.

Avstraliya 14 qızıl, 4 gümüş, 15 bürünc medalla dördüncü, Rusiya Olimpiya Komitəsi isə 13 qızıl, 21 gümüş və 18 bürünc medalla beşincidir. Digər pillələrdə Böyük Britaniya (13-17-13), Almaniya (8-8-14), Fransa (6-10-8), Niderland (6-7-7) və Koreya Respublikası (6-4-9) qərarlaşıblar.

0-1

Azərbaycanın Olimpiya komandası “Tokio-2020”nin 12-ci günündə daha bir bürünc medal qazanıb. Komandamızın aktivinə üçüncü bürünc medalı yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) yazdırıb. Digər bürünc medalları isə qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) və boksçumuz Alfonso Dominges (81 kq) qazanıblar.

Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.

Xatırladaq ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.