logo

“Tokio-2020”:finalda Braziliya İspariyaya qarşı oynayacaq

16:08 03-08-2021 | icon 2541
“Tokio-2020”:finalda Braziliya İspariyaya qarşı oynayacaq

Avqustun 3-də “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının yarımfinal görüşləri keçirilib.

YeniAvropa xəbər verir ki,  finala vəsiqə uğrunda Meksika komandası Braziliya, ev sahibi Yaponiya isə İspaniya millisi ilə qarşılaşıblar.

Qolsuz heç-heçə ilə başa çatan Meksika – Braziliya matçında qalib 11 metrlik cərimə zərbələri seriyasında müəyyənləşib. Braziliyalılar 4:1 hesabı ilə qalib gələrək Olimpiya Oyunlarında ardıcıl üçüncü dəfə finala vəsiqəni təmin ediblər.

Yaponiya – İspaniya matçında da əsas vaxtda qalib müəyyənləşmədiyindən 15 dəqiqəlik iki əlavə hissə oynanılıb. Görüşün 115-ci dəqiqəsində ispaniyalıların heyətində Marko Asensio rəqib qapısına yol taparaq komandasının finala yüksəlməsində həlledici rol oynayıb.

Beləliklə, “Tokio-2020”nin finalında Braziliya və İspaniya yığmaları qarşılaşacaqlar. Meksika və Yaponiya seçmələri isə bürünc medal uğrunda üz-üzə gələcəklər. Üçüncü yer uğrunda görüş avqustun 6-da, final matçı isə bir gün sonra oynanılacaq.

Qadınların futbol yarışının finalında İsveç və Kanada komandaları görüşəcəklər. Üçüncü yer uğrunda oyunda isə Avstraliya və ABŞ seçmələri qarşılaşacaqlar. Bürünc medal uğrunda qarşılaşma avqustun 5-də, final görüşü isə ertəsi gün keçiriləcək.

Xatırladaq ki, “Rio-2016”da kişilərin futbol yarışında Braziliya, qadınların mübarizəsində Almaniya yığmaları çempion adını qazanıblar.