logo

Baş prokuror: Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi tam zəruridir

11:31 03-08-2021 | icon 1645
Baş prokuror: Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi tam zəruridir

"Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi tam zəruridir".

YeniAvropa xəbər verir ki, bu fikirləri Azərbaycanın baş prokuroru Kamran Əliyev parlamentin avqustun 3-də keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib.

Kamran Əliyev diqqətə çatdırıb ki, Milli Məclisin deputatı Eldəniz Səlimov iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında polis əməkdaşı Zaur Cavanşir oğlu Mirzəyevə xidməti vəzifələrinin icrası zamanı zor tətbiq edib və Daxili İşlər Nazirliyi məsələnin araşdırılması üçün materialları Baş Prokurorluğa təqdim edib.

O qeyd edib ki, toplanmış materiallar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

“Məsələnin mənəvi, etik və hüquqi tərəfi var. Deputatın bu hərəkəti yolverilməzdir. Təqdimatın təmin olunmasını xahiş edirəm”, -deyə baş prokuror çıxışında vurğulayıb.