Tokio-2020: Azərbaycanın 44 idmançısından 28-sı mübarizəni dayandırıb-2 bürünc medalımız var
"Tokio-2020" Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın daha 3 idmançısı mübarizəyə qoşulub.
YeniAvropa xəbər verir ki, güllə atıcısı Ruslan Lunyov tapançadan 25 metr məsafəyə atəşaçma yarışınınikinci təsnifat mərhələsində 286 xal toplayıb. Təmsilçimiz ilk yarışda 281 xal qazanmışdı. Yekunda 567 xal toplayan Lunyov finala yüksəlmək şansını itirib.
77 kq çəkidə çıxış edən Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov da aa "Tokio-2020" Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb. O, 1/4 finalda Akjol Mahmudova (Qırğızıstan) uduzub.
Qeyd edək ki, güləşçimiz ilk görüşündə dünya çempionatının gümüş və Avropa birinciliyinin bürünc mükafatçısı olan isveçli Aleks Kessidisə qalib gəlmişdi.
Beləliklə, olimpiadada mübarizəni dayandıran Azərbaycan idmançılarının sayı 28-ə çatıb. Onlardan yalnız ikisi Azərbaycan komandasının hesabına medal yazdıra bilib.
Medal qazananlar
Cüdo: İrina Kindzerska (+78 kq) (bürünc)
Boks: Alfonso Dominges (81 kq) (bürünc)
Medal qazana bilməyənlər
Cüdo: Aişə Qurbanlı (48 kq), Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq)
Boks: Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)
Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)
İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova
Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah
Güllə atıcılığı: Emin Cəfərov
Triatlon: Rostislav Pevtsov
Qılıncoynatma: Anna Başta
Badminton: Edi Reski Dviçayo
Velosiped idmanı: Elçin Əsədov
Çəkicatma: Anna Skidan
Güllə atma : Ruslan Lunyov
yunan-Roma güləşi: Rafiq Hüseynov
Xatırladaq ki, Azərbaycan "Tokio-2020" Yay Olimpiya Oyunlarında 44 idmançı ilə təmsil olunur.
Bu gün daha bir idmançımız - qadın güləşçisi Elis Manolova (68 kq) xalça üzərinə çıxacaq. E.Manolova ilk mərhələdə nigeriyalı Blessinq Oborududu ilə qarşılaşacaq. O, dörddəbir finala yüksələrsə Meerim Jumanazarova (Qırğızıstan) - Mimi Xristova (Bolqarıstan) görüşünün qalibi ilə görüşəcək.
Avqustun 8-dək davam edəcək yarışlarda daha 15 idmançımız yarışacaq.
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!