Azərbaycan güləşçisi Rafiq Hüseynov "Tokio-2020" Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
YeniAvropa xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz dörddəbir finalda Akjol Mahmudova (Qırğızıstan) uduzub.
Qeyd edək ki, güləşçimiz ilk görüşündə dünya çempionatının gümüş və Avropa birinciliyinin bürünc mükafatçısı olan isveçli Aleks Kessidisə qalib gəlmişdi.