Andrey Şevçenko futbol üzrə Ukrayna milli komandasının baş məşqçisi vəzifəsindən gedib.
YeniAvropa xəbər verir ki, bu barədə Andrey Şevçenko özünün "Facebook" hesabında məlumat paylaşıb.
“Bu gün Ukrayna Futbol Federasiyası ilə müqaviləm başa çatıb. Mən beş il millidə çalışdım. Biz sübut etdik ki, müasir futbol oynamağı bacarırıq. Mən hər bir futbolçuya, azarkeşlərə, komandanın inkişafında xidməti olan hər kəsə təşəkkürümü bildirirəm”, - deyə Andrey Şevçenko paylaşdığı statusda qeyd edib.