"Tokio-2020" Yay Olimpiya Oyunlarında bu gün idmanın 29 növü üzrə medallar uğrunda mübarizə aparılıb.
YeniAvropa xəbər verir ki, daha 21 dəst medal idmanın oxatma, atletika, badminton, boks, qılıncoynatma, cüdo, reqbi, yelkənli qayıqsürmə, atıcılıq, üzgüçülük, tennis, triatlon, ağırlıqqaldırma və gimnastikanın tamblinq növündə sahiblərini tapıb.
Beləliklə, 133 dəst medala 74 ölkənin idmançıları yiyələnib.
Çin 45 (21 qızıl, 13 gümüş, 12 bürünc) medalla keyfiyyətcə birinci pillədəki mövqeyini qoruyub.
30 (17 qızıl, 5 gümüş, 8 bürünc) medal qazanan Yaponiya 2-ci sırada yer alıb.
Medal əyarında 3-cü yeri isə 16 "qızıl", 17 "gümüş" və 13 "bürünc"lə ABŞ tutur.
Aktivində 1 qızıl və 2 bürünc medal olan Türkiyə siyahıda 35-cidir.
Ötən gün ilk bürünc medalını qazanan Azərbaycan isə 68-ci pillədə qərarlaşıb.