Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
YeniAvropa FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.
Şəhriyar Məmmədyarov 2782 xalla 6-cı, Teymur Rəcəbov isə 2 763 xalla 10-cu yerdəki mövqeyini qoruyub.
Azərbaycanın digər şahmatçıları-Qədir Hüseynov (2665) 72-ci, Nicat Abbasov (2656) 87-ci , Rauf Məmmədov (2 654) isə 91-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıda ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2806) ikinci, Dinq Liren (Çin, 2799) üçüncüdür.
Qadın şahmatçılardan Günay Məmmədzadə 2460 xalla 4 pillədə qərarlaşıb. Gülnar Məmmədova (2385) 77-ci, Xanım Balacayeva (2376) isə 91-cidir.