Bakının “Neftçi” futbol klubunun UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində HİK (Finlandiya) ilə keçirəcəyi ilk oyununun hakimləri müəyyənləşib.
YeniAvropa xəbər verir ki, avqustun 3-də “Bakcell Arena”da baş tutacaq görüşün start fitini şotlandiyalı Uilyam Kolluma verəcək.
Ona yan xətdə həmyerliləri Devid Makgiçi və Şon Karr köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Yuan Anderson yerinə yetirəcək.
Qeyd edək ki, “Neftçi”-HİK matçı saat 21:00-da start götürəcək.
Komandalar arasında cavab oyunu avqustun 12-də Finlandiyanın paytaxtı Helsinkidə baş tutacaq.