İyulun 30-da Azərbaycan boksçusu Alfonso Dominges “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının yarımfinalına yüksəlib.
YeniAvropa xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz dörddəbir finalda türkiyəli Bayram Malkana 5:0 hesabı ilə qalib gəlib.
Bununla da boksçumuz Tokio Olimpiadasında ən azı bürünc medalı təmin edib.
Xatırladaq ki, Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan A.Dominges birinci görüşdə özbəkistanlı Dilşodbek Ruzmetova 4:1 hesabı ilə qalib gəlib.
Yarımfinal mərhələsindəki qarşılaşma avqustun 1-də keçiriləcək.
Qeyd edək ki, “Tokio-2020”də mübarizəni davam etdirən digər boksçumuz Cavid Çələbiyev (63 kq) isə iyulun 31-də səkkizdəbir finalda Ermənistan təmsilçisi Hovhannes Baçkov ilə qarşılaşacaq.