logo

Cüdo millimizdən biabırçı çıxış: 9 atlet Tokiodan 1 bürünc medalla dönür

13:13 30-07-2021 | icon 2786
Cüdo millimizdən biabırçı çıxış: 9 atlet Tokiodan 1 bürünc medalla dönür

"Tokio-2020"də Azərbaycan Olimpiya komandasının medal ümidlərindən sayılan cüdo millimiz bu gün çıxışlarını başa vurub.

YeniAvropa xəbər verir ki, komandamız Yaponiya paytaxtına 9 cüdoçu ilə yollanıb.

Onlardan yalnız biri-30 yaşlı ukraynalı legioner İrina Kindzerska (+78 kq) bürünc medala sahib olub. Qalan 8 idmançıdan 7-si - Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.),  Murad Fətiyev və Məmmədəli Mehdiyev, eləcə də legionerlər -Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri (+100 kq) ən yaxşı halda 1/8 finalda məğlub olaraq mübarizəni dalandırıblar.

Yalnız Rüstəm Orucov(73 kq) bürünc medal uğrunda yarışmaq hüququ qazansa da,  "Rio-2016" Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı məğlub olaraq "Tokio-2020"ni 5-ci yerdə başa vurub.

Xatırladaq ki, Azərbaycan 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanıb. Onlardan ikisini cüdoçularımıdan Rüstəm Orucov (gümüş) və Elmar Qasımov (gümüş) qazanmışdı.

Tokioda keçirilən XXXII Yay Olimpiya Oyunlarını cüdo millimiz üçün üçün uğursuz yarışma hesab etmək olar.